beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əkiz psixologiyası: əkizləri böyüdərkən

Əkizləri yetişdirmək valideynlər üçün maddi və mənəvi mənada çətin ola bilər. Amma eyni zamanda qürur qaynağı və maraqlıdır.

Valideynlər əkiz körpələri olacaqlarını öyrəndikləri andan etibarən fərqli düşüncələrə və duyğulara qapılırlar. Qayğılar , həyəcanlar , gözləmələr , xəyallar , hesablar bir-birini təqib edir. Körpələrin əkiz olduğunu öyrəndikləri andan etibarən əslində ana-ata duyğu və düşüncələrini paylaşmağa , daha əvvəl əkiz körpə sahibi olan ana- atalardan təcrübələrini öyrənməyə , mütəxəssislərə danışmağa ehtiyac duya bilərlər.

Əkiz uşaq yetişdirmək bir çox istiqamətdə tək uşaq yetişdirməkdən fərqlidir. Hər şeydən əvvəl ana-ata üçün daha yorucu və sıx bir müddətdir. Eyni anda acan, eyni anda ağlayan , eyni anda ana-atanın marağını gözləyən əkizlər ilə maraqlanmaq enerji , zaman və səbr tələb edir.

Əkizlər ana qarınından etibarən birlikdədir , bəzən ana-atalarından çox bir-birlərinə bağlıdırlar. Bu bağlılıq yaşıdlarıyla əlaqələrinə , sosiallaşmaqlarına mənfi istiqamətdə təsir edə bilər. Əkizlərin yaşıdları ilə yoldaşlıq qurmaları (bəzən fərqli yoldaşları olar bəzən də ortaq yoldaşlar əldə edərlər ) dəstəklənməlidir. Bəzən əkizlərdən biri məktəbə başladığında daha güclü ictimai əlaqələr qurar , yoldaşları tərəfindən sevilər , bu vəziyyətdə digər əkiz özünü təcrid , rədd edilmiş hiss edər.

Bəzi hallarda əkizlərdən biri digərini sahiblənmə rolunu çox şişirdir , onun məsuliyyətlərini də öz üzərinə götürür. Məsələn əkizi çox dağınıq olduğu üçün öz əşyalarını yığdıqdan sonra əkizinin əşyalarını da toplayır. Bu davranış məsuliyyət alma və yetkin bir fərd olma xüsusiyyətini inkişaf etdirməsinə və eyni zamanda digər əkizin isə çox məsuliyyət altında qalaraq əzilməsinə , duyğusal cəhətdən zəifləməsinə səbəb ola bilər.

Və sonda ən önəmlisi cəmiyyətdə əkiz uşaqlara fərdi yanaşmalı, onları ayrı şəxslər kimi qiymətləndirməliyik.


Tarix: 06.01.2015 / 16:00 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Valideynə məsləhət