beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Altını isladan uşaqlarla necə davranmalıdır?

Psixolojimi yoxsa mexanikidir?
"Gecə alt islatmanın iki tipi vardır. Birincisi uşağın doğumundan etibarən altının heç quru qalmaması buna primer (ilk) tip deyilir. Digəri isə 5 yaşından sonra uşağın ən az 6 ay quru qaldıqdan sonra altını islatmağa yenidən başlaması yəni sekonder (ikincil) tipdir. Xüsusil iə ikinci tipdə araşdırma edilməlidir. Gecə işəmələri psixoloji və mexaniki səbəblərə söykənməkdədir. Mexaniki səbəblərə sidik yolları infeksiyası, anatomik pozğunluqlar, böyrəkdən sidik kisəsinə gələn yerlərdə yaşanan pozğunluqlar nümunə verilə bilər. Ailə içi zorakılıq, dayaq, ana atanın dalaşması, dərslərdə müvəffəqiyyətsizlik, uşağın bədbəxt olması isə psixoloji səbəblərə nümunədir.''
Alt islatma probleminin uşağın ictimai həyatını mənfi istiqamətdə təsir edərək ''Uşağın bu vəziyyəti ailə içərisində qalar. Uşaq anasının kimsəyə söyləməsini istəməz, utanar, sıxılar. Bu vəziyyət uşağın yaşı böyüdükcə daha böyük problemləri özü ilə gətirər. Uşağın ictimai həyatına təsir edər. Özünə inamını sarsıdar. Uşaq altını islatdığı üçün əsla lağ edilməməlidir, danlanılmamalıdır. Bunun yanında gecə işəməsi olan uşaqlarda danışma pozuğunluğu, dırnaq yemə də tez-tez görülmüşdür. Ayrıca erkən doğan prematüre körpələrdə və birinci dərəcədən qohum evliliklərindən doğan uşaqlarda altını islatma daha çoxdur.''
Həkim yoxlanışı vacibdir
Gecə alt islatma xəstəliyinin 5 yaşından etibarən yetkinlik dövrünə qədər çəkə bilər. "5 yaşından sonra uşağın gecə altını islatmağa davam etməsi ciddi bir problemdir və mütləq professional dəstək alınmalıdır. Əgər mexaniki problemlərə söykənən bir alt islatma söz mövzusudursa sidik yollarında və böyrəklərdə ciddi problemlər meydana gələ bilər''
Mükafat mexanizmi inkişaf etdirilməlidir
Alt islatmanın müalicə edilərək: "Uşaq psixoloji olaraq öyrədilə bilər. Burada ən əhəmiyyətlisi mükafatlandırma sistemidir. Uşaqlar şüurlu olaraq gecə altlarına işəməzlər. Bu səbəbdən cəzalandırılmamalıdır. Uşaqlara bir təqvim hazırlanmalıdır. Hər səhər gecə altlarına qaçırıb- qaçırmamaları vəziyyətinə görə yaş quru ya da oxuma yazma bilməyənlər üçün günəşli yağışlı şəklində qeydlər aparılmalıdır. Quru olan günlər üçün də uşaq müxtəlif şəkillərdə xoşuna gələcəyi şeylər mövzusunda mükafatlandırılmalı.'' Gecə altını isladan uşaqlar üçün xüsusi olaraq inkişaf etdirilmiş zəngli ədyal, zəngli iç paltarları var. "Bunlar uşaq sidiyini etdiyi anda zəng çalaraq uşağı oyandırır. Daha sonra zamanla bu vəziyyət şərtli refleks halına gəlir. Bunun xaricində problemin dərmanlı müalicəsi də mövcuddur" .
Ailələrə təkliflər
- Axşam 6- dan sonra uşağın maye almasına maneə törədilməlidir
- Yatağa girmədən tualetə aparılmalıdır
- Uşaq yatdıqdan ilk 1 saat içində tualetə aparılmalıdır
- Tualetə çatmaq asanlaşdırılmalıdır
- Gecə quru qalması üçün bez bağlanmamalıdır
- Səhər təmizliyində uşağın iştirakı təmin edilməlidir
- Quru qaldıqları təqvim üzərinə işlənməlidir
- Uşaqlar ən az ayda bir dəfə yoxlanışa aparılmalıdır


Tarix: 06.01.2015 / 14:17 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Valideynə məsləhət