beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evin tək uşağı olanlar üçün

Evin tək uşağı olmağın həm müsbət, həm də mənfi tərəfləri var. Bir yandan valideynlərinizin sevgisini heç kimlə bölüşmürsünüz, digər yandan isə bacısı, qardaşı olan insanlara paxıllıq edirsiniz. Yalnız evin tək uşaqlarının bildiyi 21 xüsusiyyəti təqdim edir.

1. Oyuncaqlarınızı, ailənizin sevgisini, geyimlərinizi heç kimlə paylaşmaq məcburiyyətində deyilsiniz.

2. "Tək uşaqlar ərköyün olurlar, tez ağlayırlar" kimi mühakimələrlə mübarizə aparmaq məcburiyyətindəsiniz.

3. Gecələr evdən çıxmaq istədiyiniz zaman sizə kömək edə biləcək bir bacı və ya qardşınız olmur.

4. Dayı, əmi, və ya xala, bibi olmursunuz.

5. Ailəniz tərəfindən sıxışdırılan, ən böyük maraq dairəsi, ən özəl və vacib şəxssiniz.

6. Hər zaman öz otağınız olduğuna görə, başqalarının yanında soyunub-geyinməkdən utanırsınız.

7. Evdə hər hansı bir hadisə baş verdiyi zaman, günahı boynuna ata biləcəyiniz başqa birisi olmur.

8. Böyüdükcə özünüzü daha da yalnız hiss edirsiniz.

9. Evdəki bütün qaçaraq işlərə sizi göndərirlər.

10. Evdə heç kimlə rəqabətə girmədiyiniz üçün, bu mövzuda təcrübəsizsiniz.

11. Dostlarınızı bacı-qardaş yerinə qoyarsınız.

12. Gələcək planlarınızı valideynləriniz qurarlar.

13. Tez yetkinləşmək məcburiyyətində qalarsınız.

14. Tez-tez səhv etmək, vurub-dağıtmaq kimi şeylərdən uzaq olarsınız.

15. Bacını qısqanmaq, paylaşmaq, rəqabət etmək kimi hisslər yaşamazsınız.

16. Dalaşacağınız bir qardaşınız və ya bacınız olmur.

17. Dərslərinizi özünüz etmək məcburiyyətindəsiniz.

18. Xəyal gücünüz sərhədsizdir.

19. Hər şeydən tez inciyirsiniz.

20. Bütün geyimləriniz təzə olar. Çünki geyimlərini geyinəcəyiniz bir bacı və ya qardaşınız olmaz.

21. Valideynlərinizin gözündə hər zaman "evin ən balacası" olaraq qalırsınız.


Tarix: 06.01.2015 / 13:50 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Uşaqlara tərbiyyə