Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlara “yox” deməyi bacarın

Bir yaşındakı uşaq etdiyi hərəkətlərin nəyə səbəb olacağını bilmir. Əşyalar diqqətini çəkir və əlinə alıb baxmaq istəyir. Qadınlar.biz xarici mətbuata istinadən xəbər verir ki, bu, onun öyrənmə gücünü artırır, təbii ki, bu hər şeyi əlinə almasına icazə vermək üçün səbəb olmamalıdır. Onu hiss etdirmədən "yox” deməyi bacarmalısınız. Övladınız sizin "yoxlarınızın" cəza və yaxud da qadağa olduğunu başa düşməməlidir.

Əvvəlcə evdə övladınızın zərər görmədən oyun oynaması üçün şərait yaratmalısınız. Qanunları məntiqli şəkildə hazırlayın. Məsələn, qaynar fincana əl atdığı zaman "yox, əl vurma, əlin yanar, çox pis ağrıyar” kimi danışıqları tez-tez təkrar etmək lazım gəlir. Bunu unutmayın. O, təhlükəni hiss etmədiyi üçün nəyin doğru, nəyin səhv olduğunu bilmir. Dolayası ilə bunu sizinlə birgə öyrənəcək.

Edə biləcəyi davranışları da yadda saxlamaq lazımdır. Yatağın üzərinə tullananda, "orada tullanmaq olmaz, istəyirsən çıxaq bağçada tullanaq” deyə bilərsiniz. Uşağın yaddaşı zəifdir, bunu nəzərə alaraq 2 gün sonra təkrar eyni şeyi yaşaya bilərsiniz. Səbirli olub, eyni üsulla davranın.

Dostunuzla oturub söhbət edərkən, övladınızın dostunuzun uşağını vurduğunu görsəniz, "yox vurma, dostunun canı ağrıyar, balacadır” deyərək onu bu hərəkətindən imtina etdirə bilərsiniz. Ona etdiyi hərəkətin səhv olduğunu deyib, nəzarət edin. Əgər yenə vurarsa, onu götürüb evə gedin. Cəza kimi sevimli oyuncağından bir müddətlik məhrum edə, yaxud şirniyyat yeməsinə qadağa qoya bilərsiniz. Əsla vurmayın. Az yaşlı uşaqları vurmaq mütəxəssislərin fikrincə, düzgün deyil. Uşağı vuraraq cəzalandırmaq onun psixologiyasına ciddi təsir edə, hətta ağır travmaya da səbəb ola bilər. Həmçinin kimisə vurmağı yaxşı qəbul edilən davranış zənn edə bilər. Çalışın ki, buna yol verməyəsiniz. Uşağın inkişafı üçün xeyr demək əhəmiyyətlidır:

Lazım olduğu zamanlarda yox deyə bilmək uşağın şəxsiyyətinin formalaşmasına, məsuliyyət sahibi olmasına, azad və qabiliyyətli bir fərd olmasına köməkçi olur. Uşağın hər istədiyini yerinə yetirmək, bundan aldığı sevinc və qazandığı anlıq xoşbəxtliklər, gələcəkdə onun bədbəxt bir fərd olmasına səbəb ola bilər. Ana və atanın gətirdiyi sərhədlər və bu mənada xeyr deyilməsi, uşağı kədərləndirsə də, vacibdir.

Ana, atalar uşaqlarına xeyr deməyi öyrətmək üçün nə etməlidirlər?

Uşağa yox sözü dəqiq, özündən əmin və qərarlı bir şəkildə deyilməli, beləcə uşağa ciddi olduğunzun fərqinə varması təmin edilməlidir.
Xeyr deyən ana və atanın səs tonu qəzəbli olmamalıdır. Əks halda, uşaq sizi ciddiyə almaya bilər.
Göz təmasına əhəmiyyət verilməli və uşağın anlaya biləcəyi cümlələr qurulmalıdır.
Bəzi uşaqlar üçün sözdən daha çox üz ifadəsi vacibdir. Ona görə də etməməli olduğu bir şeyi başa salmağa çalışanda üz ifadənizi görməsinə şərait yaradın.


Tarix: 06.01.2015 / 13:46 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Uşaqlara tərbiyyə
loading...