beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağa mütaliəni uşaqkən öyrədin

Uşağınıza kitab oxuma vərdişi qazandırmanın yolları nələrdir?
-İlk olaraq özünüz də kitab oxumağı sevməlisiniz. Çünki siz kitab oxumasanız uşağınız da sizdən bunu görməyəcək və tətbiq etmək istəməyəcək.
-Uşağınızın oxumağı sevdiyi bir jurnalı davamlı ala bilərsiniz. Bu şəkildə uşağınız bu jurnalın özünə aid olduğunu hiss edəcək və oxuma həvəsi artacaq.
-Neçə yaşında olursa olsun, uşağınıza yüksək səslə kitab oxumaqdan çəkinməyin. Bu oxumaq onda yaranacaq həvəs üçün olduqca əhəmiyyətlidir

Uşağınıza mütailə vərdişi qazandırın.

-Uşağınızın yaşı kiçikdirsə sevdiyi bir hekayəni dəfələrlə oxunmasını istəyə bilər. Səbirlə oxumağa davam edin.
-Uşağınız üçün otağında kiçik bir kitabxana ayırın. Bu kitabxana ona xüsusiyyət duyğusu qazandıracaq və həvəsini artıracaq.
-Uşağınız ilə kitabxanaya getməyə çalışın. Kitabxana mühiti kitab oxumaq üçün həvəsləndirici məkandır.
Uşağınıza mütailə vərdişi qazandırın
-Uşağınıza kitabları necə ala biləcəyini öyrədin.
-Onu bir kitap mağazasına götürün və bu kitap mağazasını uşağınızla tez-tez ziyarət edin.
-Kitab almağa apardığınız zaman kitabı uşağınızın seçməsinə diqqət yetirin. Istədiyi kitabı özünün seçməsi özünə inamını artıracaq və onda həvəs yaradacaq.
-Çox istədiyi kitabı mütləq alın.
-Onunla birlikdə kitab oxuyun və səbirli olun


Tarix: 06.01.2015 / 13:45 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Uşaqlara tərbiyyə