Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Enurez nədir?

Uşaq psixikasını ən önəmli hissəsi hər yaş dövründə bu yaşa uyğun davranışların düzgün mənimsənilmiş olmasıdır. Bunların içərisində ən önəmli hesab etdiyimiz davranışlardan biri uşaqların tualet vərdişidir. Körpəsi olan hər bir ana uşağının tualetə getmə isdəyini bildirməsini, sidiyini muəyyən müddət tuta bilmələrini,gecələr yatağını islatmamalarını arzulayır və buna olduqca boyük səy göstərir. Tez və ya gec, çox asan və ya çətin də olsa bütün uşaqlar bu vərdişə zamanla öyrəşir. Lakin elə hallar da olur ki, uşaqlar bütün bu vərdişləri öyrənsələr də, düzgün və vaxdinda isdəklərini ifadə edə bilsələr də, günün müəyyən vaxdi, xüsusən də gecələr yataqlarını isladırlar.
Uşaqların həyatının ilk ilində bağırsaq və sidik kisəsini idarə edən əzələ hələ yetəri qədər iradəyə tabe olmur, bunun olmasi üçün uşaqların müəyyən qədər həm fiziki, həm də zehni cəhətdən inkişafı vacibdir. Uşaqlar artıq 15 ayıdan etibarən altlarini batırdıqları zaman bunu analarına bildirə bilirlər və artıq tualet vərdişi yavaş-yavaş formalaşlmağa başlayır. 3 yaşında bir uşaq sərbəst şəkildə tualetə getmək isdəyini bildirə bilər.
Lakin elə hallar da olur ki, tualet vərdişinə tam yiyələnən bir uşaq artıq sidiyini saxlaya bilmir və ya gecələr yatağını isladır. Uşaqların isdəkdən kənar öz sidiyini saxlaya bilməmə halına "enurez” deyilir. Əgər uşağınız həfdə ərzində ən azı 3 dəfə yatağını isladırsa enurezdən şupələnə bilərsiniz. Enurez adətən 3-5 yaş arası uşaqlarda müşahidə olunur və oğlanların sayı qızlardan təxminən iki dəfə çoxdur.

Enurezin 2 səbəbi vardır :
1. Tibbi-genetik - bu cox önəmli səbəbdi. Çünki enurezi olan uşaqların 75%də ata və ya analarına bu hal olub. Ona görə də mütləq genetik faktoru unutmayin. Uşağınızda enurez haları müşahidə etdiyinizdən şüpələndiyiniz an genetik faktorla yanaşı, mütləq ilk öncə bir uroloqa müraciyət edib uşağınızın tibbi cəhətdən sağlam olduğuna əmin olun.
2. Psixodinamik - enurezi olan uşaqları 95%də sırf psixoloji faktor səbəbi aşkarlanıb. Bunlar: reqressiv davranış kimi interpretasiya edilir,uşaqlarda körpə qalma isdəyi,özünə diqqət çəkmə, hiddətini və ya aciğını bildirmə, mansturbasiya etmə isdəyi nəticəsində yarana bilər. Eyniylə qardaş və bacı qisqanclığı nəticəsində, sevilməyən və ya isdənilməyən bir uşaq olduğunu hiss edəndə, kastrasiya narahatçılığı zamanı (oğlanların cinsiyətlərini kəşf etdikləri dövrdə qızların cinsi orqanını görüb, qizların cəza aldıqlarına görə cinsi orqanlarından məhrum olmalarını sanaraq, öz cinsi orqanlarının da kəsilə biləcəklərini düşünmələri), ailədəki konfliktlərə şahid olduqda, ailədə baş vermis xəstəlik və ya ölüm hallarından sonra, anaların həddindən çox təmizliyə düşgün olması və uşağa həddindən çox diqqət göstərməsi ( hədindən az diqqət yettirməsi), həmçinin mütamadi yaşayış yerinin( bağçanın,məktəbin) dəyişdirilməsi uşaqlarda bütün bu olanlara cavab olaraq enurez yarana bilər.

Belə hallarla qarşılaşmasını istəmirsinizsə ilk öncə unutmayın ki,uşaqlar artıq 29-30 ayından etibarən özləri sərbəst şəkildə karaşokda otura bilərlər. Qətiyyən bu yaşdan sonra uşaqlara uşaq bezləri taxmayın, çünki 3 yaşından şəxsiyyətini tanımağa başlayan bir uşaq əgər uşaq bezi ilə gəzirsə onda həmin uşaqda özgüvən zədələnəcək və bu da enurezin yaranma səbəblərindən ən böyüyüdür.

Əgər uşağınız təsadüfən paltarını batırıbsa qətiyyən ona qışqırmayın və ya tualetə (karaşoka) sizdə icazəsiz giribsə onnan icaze almalı olduğunu tələb etməyin. Bütün bunlar uşaqların qayğılanmasına gətirib çıxardır. Uşaq qayğılandığı zaman narahat olur və bu zaman sidiyini idarə edə bilmir.

Bacı, qardaş qisqanclığı enurezi yaradan ən böyük səbəblərdəndir. Bir çox ailələr ikinci övladları olduqdan sonra uşaqlarında enurezin yarandığından şikayətlənirlər.Adətə böyük uşaqlar ailəyə ikinci uşaq gəldikdən sonra valideyinlərinin artıq onları sevmədiyini düşünürlər və çıxış yolunu özlərini körpəyə bənzətməkdə tapırlar.Belə hallarda barmaq əmmə, yersiz şikayətlər və gecələri yataq islatma halları müşahidə olunur. Buna görə də böyük uşaqda müşahidə etdiyiniz bu davranışları ilk öncə normal qarşılayın. Daha sonra ona sözdə "sən böyüksən” yox, əməldə bunu gösdərin. Balaca qardaşına (bacısına) yeməyində,geyinməyində və s. gündəlik təlabatlarında ana rolunu uşağa verin. Icazə verin balaca qardaşını(bacısını) o yedizdirsin,geyindirsin və s. Bu zaman uşaq özünü həqiqətən böyük hesab edəcək və rəqib olma duyğusu azalacaq,eyni zamanda qısqanclıq da.

Enurezin yaranma səbəblərindən biri də uşaqların valideyinlər arasında gərginliyə şahid olmasıdır. Ana atası arasında münaqişəyə şahid olan uşaqlar gecələr narahat yatir və onlarda qaranlıq fobiyaları yaranır.Bununla bağlı olraq uşaqlar sidik ifrazının idarəsinə nəzarət edə bilmir. Çalışmaq lazımdır ki, uşaq valideyin münaqişəsinə az şahid olsun.Uşaqlar 2 yaşından etibarən karaşokda oturaraq tualet vərdişinə başlayır.Bu dövr uşaqların cinsiyyət tanima dövrü olduğundan onlar uzun müddət karaşokda oturmaq isdəyirlər.Bu yaş dövrü psixoseksual inkişaf mərhələsi baxımından "anal” mərhələ olduğundan uşqaların həzz mərkəzi cinsi orqanlar olur.Onlar karaşokda oturaraq ,öz nəcislərini cinsiyyət orqanının bükücü əzələsiyə saxlayaraq ondan həzz alırlar.Buna görə də uşaqlarda tualet prosesi uzun muddət davam edir.Bəzən valideyinlər buna əhəmiyyət vermədiklərindən uşqaları tələsdirirlər bu da sonradan uşaqların psixikasına mənfi təsir gostərir.Gecə uşaqlar altlarını islatdıqları zaman valideyinlər qatı tədbirlər görür – uşağı danlayır,cəzalandırır,gecələri uşaqları vaxtsız oyadıb tualetə aparır və ya yatağını batırmasın deyə uşaq üçün narahat olan yataq hazırlayır.Bütün bu proseslər uşaqların yataq islatmasını daha da gücləndirir.

Enurez psixoloji faktorlarla bağlı bir əlamət olduğu üçün həm tibbi, həm də psixoloji yanaşma birlikdə tətbiq olunmalıdır. Tibbi bir narahatlıq olmadığına əmin olduqdan sonra rahat bir şəkildə psixoloji müalicəyə başlaya bilərsiniz. İlk öncə çalışın enurezin psixoloji səbəbinin nədən olduğnu uşaq psixoloqu müəyyən etsin. Çünki enurezin nədən yarandığı tam müəyyən olunmazsa və ailə təxminən hesab etdikləri səbəblərə görə uşaqla yalnış münasibət qura bilərlər və bu enurezin daha qalıcı bir hal almasına gətirə bilər. Psixoloq enurezi olan bir uşaqda səbəbi müəyyən etdikdən sonra, ona uyğun korreksiya metodları ilə işləyəcək və siz də düzgün davranış qaydalarini biləcəksiniz. "Necə olsa böyüyəndə keçər' məntiqiylə düşünmək problemin həllini gecikdirər.

Belə olduqda valideyinlərdən səbirli olmağı və uşaqlara düzgün olanı öyrətməyi məsləhət görürük.Unutmayın ki uşaqlar bunu şüurlu şəkildə etmir. Uşağı alçaltmaq, günahlandırmaq yerinə bu davranışın səbəblərini araşdırın.Uşağınıza bu problemin normal bir hal olduğunu başa salın.Əks halda uşaqda özünə inam problemi meydana gələcək və uşaq cəmiyyət içərisində də özünü narahat hiss edəcək. Halbuki duyğularını paylaşdıqca uşağın qorxu və qayğıları azalacaq.
- Uşağınızla birlikdə bir təqvim tutun, yatağını islatmadığı günləri ulduzla işarələyin. Beləcə uşağınızı müsbət istiqamətdə motivasiya etmiş olarsınız. Ayın axırı ulduzların sayı çox olduqda onu mükafatlandırın.
- Uşağınızı stress meydana gətirəcək faktorlardan uzaq tutmağa çalışın. Xüsusilə yatma saatından əvvəl uşağa rahatlaşdırıcı fəaliyyətlər etdirin.Nağıl,hekayə danışın,sizin hər zaman onun yanında olduğunu anlasın
- Sadə vəzifələr verərək uşağın da yatağını toplamasını təmin edin.Yatağını islatdığı vaxtda da yatağını özünün toplamasına və təmizlikdə onun da iştirak etməsinə şərait yaradın
- Axşam yatma saatından əvvəl uşağın maye alışını azaldın. Beləcə tualetə getmə ehtiyacı azalacaq.
Unutmayın enurez adətən psixoloji narahatçılıqdır, həkim və dərmanların köməyi ilə siz prosesin yalnız sürətini azalda bilərsiniz. Prosesin səbəbi tapılıb həll edilmədikcə bu narahatçılıq davam edəcək. Uşağınızda belə bir naraharçılıqdan şüpələnsəziz mütəxəssisə müraciyət etməkdən çəkinməyin, çünki vaxtında göstərilən yardım uşağınızın daha xoşbəxt və qayğısız bir gələcəyinə təminatdır.


Tarix: 06.01.2015 / 12:46 Müəllif: Aziza Baxılıb: 346 Bölmə: Uşaqlara tərbiyyə
loading...