beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailede uşaqlar

Ailede uşaqlar

Nikah en çox derk olunan ve ya derk olunmayan bioloji isteye esasen, nesil artırmaq instinkti neticesinde baş verir. Uşaqlara sevgi, qayğıkeşlik hissleri insanı bütün ömür boyu müşayiet edir. Artıq özlerinin hetta ata, ana olan uşaqlarına qarşı valideyni mehebbeti heç kimi teeccüblendirmir. Ailede uşaqların olmaması, tebiet terefinden qoyulmuş qanunun heyata keçirilmemesi hissleri daima esebleri pozan bir amile çevrilir.


Şübhesiz ki, bütün uşaqsız aileler uşaqlı ailelere nisbeten daha az xoşbextdirler ve nikahda uyğunluq onlarda nisbeten azdır. Uşaqlara mehebbet, onlara qayğı (bütün başqa instinktler kimi) bezilerinde çox güclü, bezilerinde zeif olur. Çox nadir hallarda elelerine rast gelmek olar ki, onlarda bu instinkt, ümumiyyetle, olmasın. Lakin ailede uşaqların mütleq olması ekseriyyet terefinden norma hesab olunur.

Ailenin ve ayn-ayn şexslerin heyatında uşaqların bir neçe funksiyası var. Birincisi, uşaqlar ona göre lazımdır ki, aile möhkem, şen ve mükemmel olsun. Başqa sözle, uşaqlar aile heyatına ahengdarlıq verirler. İkincisi, uşaqlar valideynlerin terbiyeçi kimi atalıq ve analıq imkanlarının meydana çıxmasına sebeb olurlar. Uşaqlar ele bir obyektdirler ki, valideynler özlerinin on yaxşı xüsusiyyetlerini onlarda davam etdire bilirler. Üçüncüsü, uşaqlı ailede valideynler qocalıq dövründe tek-tenha qalmaqdan qorxmurlar. Nehayet, bir neçe uşağı olan ailelerde neslin düzgün terbiyesi daha yaxşı heyata keçirilir. Bu dörd müsbet cehetle yanaşı, iki menfi ceheti de göstermek lazımdır. Uşaqlar valideynlerini aile qayğılan ile yükleyib, onları şexsi, ictimai ve medeni heyatdan, dostlardan, tanışlardan ve s. tam ve ya müeyyen derecede ayırır; ailede uşaqların olması ve bununla elaqedar meişetde maddi çetinliklerin yaranması da ailede münasibetlerin gerginleşmesine sebeb ola biler.

Neslin davam etdirilmesi instinkti (buraya yalnız cinsi elaqe ehtiyacı deyil, eyni zamanda uşaq böyüdüb terbiyelendirmek de aiddir) her bir şexsde vardır. Öz uşağına mehebbet ve onu böyüdüb terbiyelendirmek arzusu, onunla ünsiyyet daimi ve sıx elaqe ile güclenir. Psixoloqlar müeyyen etmişler ki, eger uşaqlar valideynlerile, xüsusile ataları ile heyatlarının birinci ilinde temasda olmayıblarsa onlar bele temasda olan uşaqlara nisbeten daha az sevilirler. Ailenin temelini möhkemlendiren en mühüm cehetlerden biri ailede uşaqların olmasıdır. Uşaqlarla elaqedar qayğılar, xüsusile müxtelif heyecan hissleri, er-arvadı heç de qızğın sevgiden az yaxınlaşdırmır. Ümumiyyetle, ailede uşağın olmasından elave, hem de onların sayı nikahda ahengdarlığa müsbet tesir gösterir. Uşaqlar ne qeder çoxdursa, aile bir o , qeder möhkemdir ve boşanmalar az odur. Çox güman ki, boşanmaların sayca artması ailelerde uşaqların az olması ile elaqedardır. Uşaqların aileni möhkemlendire, kişini ve qadını bir-birine bağlayan esas amillerden biri, olduğunu heç vaxt unutmaq olmaz. Evlenmek üçün VVAQ bürosuna erize vermiş şexsler arasında aparılan sosioloji sorğuda adamların 88-89 faizi iki, üç ve daha çox uşaq arzuladıqların göstermiş, lakin bir neçe il sonra sosioloqlar hemin ailelerde bir uşaqdan artıq olmadığını qeyd etmişler. Genc er-arvadlar bu qerara gelmelerine 15 sebeb göstermişler. Bu sebeblerin ekseriyyeti er-arvadlar terefinden daim gösterilmekdedir (meselen, menzil çatışmazlığı, maaş seviyyenin aşağı olması, mektebeqeder idarelerin azlığı ve s). Başqa sebeblerden intellektual cehetden qadının öz erinden geri qalmaq istememesi, ictimai heyatda iştirak edib şöhret qazanmaq arzularını göstermek olar. Ailede çox uşağın olmasını istememeyin çox ciddi sebeblerinden biri boşanma ehtimalıdır. Hazırda boşanma meselesine münasibet 40—50 il bundan evvelkine nisbeten çox asanlaşıb ve hetta bir-birini heqiqeten çox seven er-arvadlar da boşanmanın mümkün ola bileceyini inkar etmirler (uşaqların sayı ise adeten enlenmenin ilk illerinde qerarlaşdırılır). Uşaqların az sayda olması arzusu haqqında aparılan sorğuda deyilen bütün 15 sebebde iştirak eden, amma haqqında adeten danışılmayan bir sebeb de var.

Söhbet bizim heyatımızın ekoloji cehetinden gedir. Heyat şeraitin sözün tam menası ile bizim davranışımızda özünü gösterir. Çoxmertebeli binalar, küçelerde, ictimai neqliyyatda, mağazalarda adamların saysız-hesabsız olması ele ilk baxışda bele bir teessürat yaradır ki, biz insanlar çoxuq, bizim üçün darısqallıq yaranıb. Xüsusi avtomaşınların yalnız küçeleri deyil, hetta tebietin en xelvet yerlerini de doldurması adamları bele bir fikre getirir ki, bizim üçün yalnız şeherlerde deyil, bütün yer küresinde darısqallıqdır. Odur ki, adamların çoxluğunu ve darısqallığı daim duymağımız şüurumuzun hansısa qeyri-ixtiyari bir mexanizmine tesir göstererek ailede uşaqların sayı haqqında bizim qerarımıza müeyyen derecede istiqamet verir.

Ailede uşağın doğulmasının hem intimual ve hem de nikahın uyğunluğu baxımından çox böyük ehemiyyeti vardır. Uşaq doğulması ile neticelenen hamilelik qadının sağlamlığı, onun intimual cehetden formalaşması ve çox hallarda cinsi soyuqluğun profilaktikasında çox böyük rol oynayır. Doğuşdan sonra qadınlarda intim gözellik yaranır. Uşaq doğmaq qadında özüne inam yaradır, onu bir şexsiyyet kimi menalı ve intimual cehetden de cazibedar edir.

Her bir tekrar hamilelik er-arvad münasibetlerini möhkemlendirir. Bu, yalnız aile hisslerinin daha yüksek inkişafı ile izah olunmur. Birge heyatda müxtelif kiçik narazılıqlar, inciklikler tedricen üst-üste yığılıb artır. hamilelik ve uşağın doğulması ise münasibetlerde bu neqativ halları yuyub aparır.

Qadının sağlamlığında ve cinsi heyatında nisbeten gec—30—35 yaşlarında tekrar hamilelikler çox vacib ve esas rol oynayır. Bu yaşlarda hamilelik ve doğuş qadını hem zahiri ve hem de daxili cehetden, demek olar ki, on —on beş il cavanlaşdırır. Bu, süni zamanda onu sağlamlaşdırır ve ömrünü uzadır. Ona göre de ebes yere deyil ki, uzunömürlü qadınlar arasında qoca qızlara ve doğmamış qadınlara rast gelinmir.

Uşaqların terbiyesi er-arvad qarşısında ümumi problemler qoyur ki, bu da er ve arvadın aile heyatında birge fealiyyet göstermesine, möhkem elaqe yaratmasına ve izdivacın möhkemlenmesine sebeb olur. Ailede müxtelif yaşlı uşaqların olması bu meseleni daha da derinleşdirir, onlara qarşı qayğının da çox ve müxtelif olması teleblerini (mekteb, uşaq bağçası, körpeler evi) yaradır. Aile problemlerinin çox hissesi uşaqlarla elaqedar olur. Bütün bunlar ise er-arvadın istek ve arzularını birleşdirib xoşbext aile formalaşdırır. Tek uşaqlı ailelerden ferqli olaraq çoxuşaqlı ailelerin bir çox müsbet cehetleri var. Bele ailelerde optimizm, xeyirxahlıq, ferasetlilik, şen heyat terzi ve birlik hökm sürür, yükseklik, cansıxıcılıq ehval-ruhiyyesi olunur.

Eger başqa heç bir arqument olmasa da, yuxarıda qeyd olunanlar çoxuşaqlı ailenin işine iki elle ses vermek üçün kifayetdir. Çoxuşaqlı ailede yaranan atmosfer sağlamlığa müsbet tesir gösterib, sinir sistemini möhkemlendirir, stres hormonlarını neytrallaşdırıb orqanizme zerer vere bilecek şeraitin qarşısını alır. Uşaqlarda valideynlerin esas gerginliyini aradan qaldırmaq, stres veziyyetini yüngülleşdire bilmek qabiliyyeti vardır.

Bütün bunlardan bele bir esaslandırılmış neticeye gelmek olar ki, uşaqlar xesteliyi ve ölümü azaldan elverişli amildir. Elbette, eker uşaqlar yaxşıdırlarsa! Yaxşı olmaları üçün onlar düzgün terbiye edilmelidirler. Düzgün terbiye ise çoxuşaqlı ailelerde daha asanlıqla heyata keçirile bilir.


Tarix: 06.01.2015 / 12:30 Müəllif: Aziza Baxılıb: 375 Bölmə: Uşaqlara tərbiyyə