beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dişlər niyə çürüyür?

Əslində ağız və diş sağlamlığı çox önəmli məsələdir lakin həyatı bir təhlükəsi olmadığından insanlar diş sağlığına o qədərdə əhəmiyyət vermirlər. Diş problemləri arasında ən çox rast gəlinən problem dişlərin çürüməsidir. Bəs bu çürüməyə səbəb olan amillər hansılardır?
Bakteriyalar dişin mina qatı üzərində turşular əmələ gətirir və bu turşular mina qatında oyuqlar yaradır bu oyuqlar getdikcə böyüyərək mina qatını əridərək sıradan çıxardır və çürük yaranır. Dişin çürüməsinə mane olmaq üçün görülən tədbirlərin birincisi dişləri gündə iki dəfə fırçalamaqdır.
Diş çürüməsi ilə yanaşı bəzi diş əti xəstəlikləridə mövcuddur ki, onlardan ən çox rast gəldiyimiz diş əti qanamasıdır bununıla yanaşı diş ətlərində qızarma, şişmə, ağızda xoşagəlməz qoxu kimi bir sıra xəstəliklərdə mövcuddur.
Bu kimi xəstəliklərin də qarşısını almaq üçün dişləri gündə iki dəfə fırçalamaq və 6 aydan bir həkim müayinəsində olmaq önəmlidir.


Tarix: 19.01.2015 / 12:33 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Stomatologiya