beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏHƏBBƏTSİZ NECƏ ÖMÜR EYLƏR İNSANLAR…

Hamı laqeyd olub daş tək hamı biganəyə dönmüş,
Ürəklər bum-buz olmuş boş, soyuq bir xanəyə dönmüş,
Məhəbbət, sevgi qeyb olmuş, tamam əfsanəyə dönmüş,
Küdurət indi hakimdir, odur ki, hey axır qanlar.
Xudaya, bəs bu məhəbbətsiz necə ömür eylər insanlar…

Bəşərçin ondan özgə bir xilas yoxdur, ümid yoxdur,
Onunla bir keçən ömrə ölüm yoxdur, süqut yoxdur.
Onun ölməzliyinə həm dəlil, həm də sübut çoxdur,
Onunla göz açıb xilqət, onunla dövr edir qanlar.
Xudaya, bəs bu məhəbbətsiz necə ömür eylər insanlar…

Haçan Məcnun ilə Leyli bu eşqi badəsin içdi,
Bu bir əfsanəyə döndü, gəzib dildən-dilə düşdü.
Məhəbbətsiz min il sağ qalsa da məxluq yenə heçdir,
Eh onsuz bir müqqəvadır bütün hürriyi-qılmanlar,
Xudaya, bəs bu məhəbbətsiz necə ömür eylər insanlar…

Çox adi daşdı-torpaqdı məhəbbətsiz vətən varsa,
Məhəbbətdir bu torpaqda vətənçin bir yatan varsa,
Onun uğrunda öl, can ver, bir azca qeyrətin varsa,
Ölümdən güclüdür Cabir, anacanlar, vətəncanlar,
Xudaya, bəs bu məhəbbətsiz necə ömr eylər insanlar…

1994


Tarix: 25.03.2013 / 17:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: Sevgi şerləri