beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Necəsən indi?
Necəsən indi?

Sən heç bilmədin mən nələr çəkdim
Məni yetim qoydun sevda yolunda
Ayrılıq adında çilələr çəkdim
Yanılan mən oldum həyat oynunda.

Daş kimi atıldın özgə qollara
Qul kimi satıldın varlı çağlara
Düşdükcə-düşdün uçurumlara
Sevgisiz-duyğusuz necəsən indi ?

Bir gün anlayarsan nələr itirdin
Əlinlə qəlbini dara keçirdin
İnana bilmirəm məni sevirdin
O qızıl qəfəsdə necəsən indi ?

De gözün doydumu-nəfsin doydumu ?
Sevgisiz həyatın-həyat oldumu ?
Gecələr xəyallar saçın yoldumu ?
O sürgün ruhunla necəsən indi ?

Bəddua etmərəm onsuzda qəmsən
Düşdüyün quyuda dərdsən-kədərsən
Bir allah bilir nələr çəkirsən
Ürəkdən gülmürsən necəsən indi ?

Dərviş Elçin


Tarix: 29.04.2015 / 10:47 Müəllif: Aziza Baxılıb: 239 Bölmə: Sevgi şerləri