beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözlərdəki yerim

Bir yaş da gəldi yaşımın üstünə
Keçdi ömür ,gün.
Bir sarı yarpaq da düşdü
üstünə ömrümüzün.

Ömrüm boyü sevəcəyim,
Güvənəcəyim birini aradım.
Baxdım mənə həsrətlə ,
sevgiylə baxan gözlərə
O gözlərdə üşüyən,
Qəribsiyən,
Mənsizləyən
Yerimi aradım.

Bir gün sevdim o gözlərdən birini.
əksimi gördüm o gözlərdə
oxudum yazacağım
ilk şerimi.
Məni məndən aldı
mənsizliyə vardı,
arzularımı apardı o gözlər.
Apardı ümidlərimi.
Aradım ,aradım tapmadım
O gözlərdə yerimi.

Bilmirəm ,
doğru yerə baxmadım bəlkə də,
ya baxdım da
görmədim doğrusu.
Bəlkə gözlərdəki yerimi
çaldı bir könül oğrusu?!


Tarix: 26.12.2014 / 14:30 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Sevgi şerləri