Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Sen Deyilsen !!!

Qayıdıb gəlmisən gözləri yaşlı,
Deyirsən, bir daha küsən deyilsən.
Hanı o vüqarın, o saymazlığın;
Yox, bu sən deyilsən, bu sən deyilsən. Deyirsən vaxt keçir, zaman gözləmir,
Dilin dediyini ürəyin demir.
Bu yalvaran gözəl sənə bənzəmir,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsən küsənlər barışar yenə,
Nə tez boyun əydin beş günlük qəmə?
Özündən razılıq yaraşmır sənə,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Dərdlisən, dərdini get danış suya,
Əl açma, alçalma mən verən paya,
Elə bil dilənçi gəlib qapıya,
Yox, bu sən deyilsən, bu sən deyilsən...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 42 Bölmə: Sevgi şerləri
loading...