beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Məni Hələ çox Axtaracaqsan

Gün gələr, qovuşar illər illərə
Qara gün ömrünü verər yellərə
Ümidlə boylanıb doğma ellərə,
Sən məni hələ çox axtaracaqsan. Sinənə dağ çəkər eşqin havası,
Biçər ürəyinə həsrət libası
O nakam sevgiyə tutaraq yası,
Sən məni hələ çox axtaracaqsan. Sinən tuş gələcək o suclarına,
Həsrətdən düşəcək dən saçlarına
Axacaq göz yaşın ovuclarına...
Sən məni hələ çox axtaracaqsan Hər yanda, hər yanda yerim görünər,
Gizlicə gələrsən görüş yerinə...
Bəzən də oxşadıb özgə birinə,
Sən məni hələ çox axtaracaqsan Zaman öz oxunda qalmayacaqdır,
Qəlbin yad eşqiylə dolmayacaqdır
Heç kəslə mənim tək olmayacaq dır,
Sən məni hələ çox axtaracaqsan!..


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 35 Bölmə: Sevgi şerləri