beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DE UNUDA BİLƏRƏMMİ MƏN SƏNİ?

Həbs olmusan ürəyimə əbədi.
De, unuda bilərəmmi mən səni?
Sənsizlikdə bir an üzüm gülmədi.
De, unuda bilərəmmi mən səni?

Tapıb səni alaram qanadıma
Alıb səni çataram muradıma.
Bu sevgidə sən yetişdin dadıma
De, unuda bilərəmmi mən səni?

Parçalayıb çıxarsalar qəlbimi,
Alıb məndən aparsalar ömrümü,
Kimsə məndən ala bilməz sevgimi
De, unuda bilərəmmi mən səni?

Sevinərəm, mən sənə sirdaş olsam,
Üzülərəm, gözlərində yaş olsam.
Bu sevgidə əbədilik daş olsam.
De, unuda bilərəmmi mən səni?
Bu ömrümü sənə verdim hədiyyə
Al canımı, vida deyim gəncliyə.
Bu sual dolaşır başımda, niyə?
De, unuda bilərəmmi mən səni?


Tarix: 27.01.2015 / 12:42 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Sevgi şerləri