beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Omurden Bir Gunde Kecdi Belece

Ömürden bir günde keçdi, belece,
Yarı yuxuludur,
Yarı oyaqdır.
Duyğular qoynunda öten her gece
Kiminse ömrüne qayıdacaqdır.

Ömürden bir günde keçdi, beləə
Bir gün de gecədə ul kimi itdi.
Peşiman bir gözə qayıtsın nece,
Özünü bir qelbde öldürüb getdi..
.
Ömürden bir günde keçdi, belece;
Dumanlar içinde yuxudu belke.
Kimse bu günüme bəlkəgüləcək,
Kimse yazdığımı oxudu belke...

Ömürden bir günde keçdi, belece;
Getdi...
Bir ümide güman azaldı.
Bir xeste bildi ki, mütleq ölecek,
Demeli, möcüze uman azaldı.

Ömürden bir günde keçdi, belece;
Qebristan yoluna teze iz düşdü.
Bir ana betninin qaranlığından
Çarpayı üstüne bir gündüz düşdü.

Ömürden bir günde keçdi, belece;
Yaş bir balıq kimi sürüşür günler,
Axan ulduzlarla ağlayır gece,
Doğan güneşiyle gülüşür günler.

Ömürden bir günde keçdi, belece;
Bir kel buynuzuna gören ne doldu?!
Birini sükanda haqladı ecel,
Bir bağa çanağı kül qabı oldu.

Ömürden bir günde keçdi, belece;
Ömür kitabında vereqler ağdı,
Qapqara kölgemden bezib bu küçe,
Kölgemi sekiler aparacaqdı...

Ömürden bir günde keçdi, belece;
Seheri güneşli,
Axşamı qürub.
Ömürden bir günde keçdi, belece;
Göresen qarşıda hansı gün durub?!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 154 Bölmə: Sevgi şerləri