Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

üz çevirir ürek Menden

•Yağan leysan azmış kimi,
•Əsib keçir külək məndən.
•Nə etsəm də öz əməlin,
•Uzaq etmir fələk məndən.

•Səni sevdim batdım aha,
•Dönük çıxdım mən Allaha,
•Çiynim üstə yoxdur daha,
•Uzaqlaşıb mələk məndən.

•Göydən yağır yerə dolu,
•Necə gedim mən bu yolu?!
•Ağlım deyir sevmə onu,
•Üz çevirir ürək məndən.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri
loading...