beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Darixdim Senin Ucun

Darıxdım sənin üçün…
Saatların gecə yarısını çoxdan vurub keçdiyi, sabaha başladığımız dəqiqələr…
mən sənin üçün darıxdım.
Adımı qulağıma heç pıçıldamadın.
Mənə məni sevdiyini də heç söyləmədin ki…
əlimi heç tutdunmu?
ya da gözlərimiz birləşdimi?
Radioda, bir sonra çalacaq mahnını mənə tutub, sözlərini bəyənmədiyində, "bundan sonrakı mahnı bizim olsun" filan dedinmi?

ya mən…
səni düşünüb, sənin içində olduğun...o yuxusuzluq girdabında, zorla yuxulara axışımda səni görmək üçün çırpınıb, amma səndən başqa hər kəsi gördüyüm yuxularımda…

nəsə…

bəzən əl-ələ yaşanmaz sevdalar
gözlərdə görüşülməz…
saat keçmiş… ya da səhərmiş…
bilə bilməzsən.
Sən bir yerlərdəsindir
mən başqa yerlərdə…
mən şeirlər oxuyum sevdalar üzərinə
sən…
gözlərində mahmur baxışlar, və ağılında mən olmadan, sabahın təlaşıyla…
amma…
bilə bilmərəm ki…

Biz bir şeyləri yaşamaq istəyərkən nə çox yaşanacaqları qaçırdıq heç bilirsənmi?
səni sevirəmlə başlayan cümlələri qaçırdıq əvvəl
qaçdıq…
sevərkən sevməkdən
qaçdıq əsir olmaqdan əslində əsirkən sevgiyə…
bilə-bilə.
sonra bir-birimiz üçün söylədiyimiz mahnıları qaçırdıq

əllərimizi qaçırdıq bir-birimizdən
və gözlərimizi qaçırdıq
başqa başqa yerlərə baxarkən, əslində bir-birimizə baxarkən…
Yaşamaqdan qorxduğumuz dəqiqələri qaçırdıq.

İndi sən məhrum
və mən ola bildiyimcə azad, ola bildiyimcə günahsız
səni yazıram suya…

Səni sevirəm
sən mənə heç söyləmədin amma
mən suya baxıram və…

səni
görürəm…


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 153 Bölmə: Sevgi şerləri