beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülüm..

Sən düşmürsən bircə an da dilimdən,
Hər yerdə adını anıram gülüm.
Harda olsan nəfəslərin içindən,
Seçib nəfəsini alıram gülüm.
Elə hey baxıram səndən doymuram,
Gözüm səndə başqa qıza uymuram,
Sənsizliyi yaxınıma qoymuram,
Sənli xəyallara dalıram gülüm.
Hər gecə salıram, köz ürəyimə,
Sonra da deyirəm döz ürəyimə,
Əlimi qoyuram öz ürəyimə,
Elə bil səninlə qalıram gülüm.


Tarix: 27.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 107 Bölmə: Sevgi şerləri