beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yadima Gelmir

Yanıma gəldiyin yadıma gəlmir
( Perviz Arif )

O çağlar başımdan ötmüyüb mənim
Həyat köməyimə yetmiyib mənim
Yox....yox...yaddaşım da itmiyib mənim
Yanıma gəldiyin yadıma gəlmir.

Gözümə həsrətin yaşı dolanda
Kədərli olanda,qəmli olanda
Xəyala dalanda,tənha qalanda
Yanıma gəldiyin yadıma gəlmir.

Guya sən dərdimi bilmisən mənim?!
Yalandan üzümə gülmüsən mənim.
Düzdü...yuxuma çox gəlmisən mənim
Yanıma gəldiyin,yadıma gəlmir.

Məhəbbət yaralar qoydu bədəndə
Ölürdüm elə bil ki,sən gedəndə
Mən səni dərmanım hesab edəndə
Yanıma gəldiyin yadıma gəlmir.

Küsəndən bu yana barışmaq üçün
Ötənlər haqqında danışmaq üçün,
Bir kəlmə “necəsən?” soruşmaq üçün
Yanıma gəldiyin yadıma gəlmir.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 401 Bölmə: Sevgi şerləri