Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Gun Seni Sevdiyim Gunudur

Bu gün çox tanışdı mənə
Səni ilk gördüyüm gündür
Baxıb ürkək gözlərinə
Sevinclə güldüyüm gündür

Titrəyib əsərək dilim
"Sevirəm" demiş nə bilim
Yoxsa unutmusan gülüm
Bu - səni sevdiyim gündür

Gəlmədi sevgi qatarım
Yolda qaldı arzularım
Üzərində göz yaşlarım
Şəklini öpdüyüm gündür

Bir gün qəfil solar üzün
Dodağında qalar sözün
İxtiyarsız dolsa gözün
Bil ki, o öldüyüm gündür


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi şerləri
loading...