beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoxun

Sevgilim,bu gecə,səndən yadigar,
Qoxuna,ruhum da,baxırdı oğrun.
Eşq qoxan çiçəksə,,çiçəksiz diyar,
Bağ oldu,qoxuna çiçəklər vurğun.

Qoxusu,bağların saf ətridirmi ,?
Ruhumu oxşayıb,əridir məni.
Cənnət bağlarının,saf olan ətri,
Ruhumu,bu qədər oxşayar yəni,?..

Qoxun ovudaraq,qəmli qəlbimi,
Sevindim,bir anlıq,unutdum qəmi,
Yenə qəm yeyəcəm,axı qoxun da,
Mənimlə bir ömür,qalmaz əbədi…

Qoxun yaşadıqca,yaşayıb mən də,
Silərəm,qoxundan məhrum illəri.
Qoxunsuz,yaşaya bilən bədəndə,
Dərdlər yaşadacaq,tənha bəndəni..

Biraz da,səmimi olaq ki,sənlə,
Sevgidən yazılıb,bitsin vərəqlər.
Qoxun,saçlarıma düşən,ilk dənlə,
Sevgi kitabını,hələ vərəqlər…

Qoxun yaraşdıqca qocalığıma,
Biraz yaşayıram cavanlar kimi.
Cavan ürəklərə,yoxdursa ağa,
Cavan ürəyimin,qoxun hakimi,


Tarix: 26.12.2014 / 13:04 Müəllif: Aziza Baxılıb: 209 Bölmə: Sevgi şerləri