beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yar Qezeli

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl Nazlı Nigar gəlmiş idi.

Tər taxıb gül yanağından,bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub,könlü qubar gəlmiş idi.

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

Dedi:Getmək dəmidir,söylə nə istərsən yar,?
Bir öpüş istədim ondan,yeri var gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

Ey Nizami! – dedi- birdən ayilib,gördüm o yox
Demə röyada bizə,çeşmi xumar gəlmiş idi.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Sevgi şerləri