beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbext Ol

"Xoşbəxt ol!" söylədin, ayrılaq
daha,
Bu sözlər qarğışmı, həsrətmi,
qəmmi?
Sənsiz ömür qurub xoşbəxt
olmağa
Dünyaya yenidən gələcəyəmmi?
"Xoşbəxt ol!" səsindir
qulaqlarımda
Addım səslərin də bunu deyirdi.
Sən çıxıb gedirdin, ayağın altda,
Xoşbəxtlik tapdağın olacaq indi.
Son dəfə üzünə qoy baxım ki,
mən,
Göylərdən bir ulduz axacaq indi.
"Xoşbəxt ol!" söylədin, dedin
ürəkdən
Xoşbəxtlik əlimdən çıxacaq indi.
Soyuq ayrılıqdır üstümdən əsən,
Baharmı, payızmı, hamısı birdir.
"Xoşbəxt ol!"-söylədin, məgər
bilmirsən,
Bu sözdə bəxtimi dəfn
eyləyirsən?..


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi şerləri