Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən dediyin o, insan olum

Dərdini çəkməkçün bir dağ olaram,
Ruhuna oxşamaqçün gül olaram.
Cəfa versən çəkib qulun olaram,
Təki sən dediyin o, insan olum.

Nazına, ədana sənin dözərəm,
Uğrunda od kimi yanıb, sönərəm.
Öl desən səninçün vallah ölərəm,
Təki sən dediyin o, insan olum.

Heç zaman dəymərəm sənin xətrinə,
Hörmətlə yanaşaram fikirlərinə.
Səhf etsən göz yumaram səhflərinə,
Təki sən dediyin o, insan olum.

Günəş olaram mən boran qışına,
Sevinc qataram sənin göz yaşına.
Gecədə, gündüzdə dönərəm başına,
Təki sən dediyin o, insan olum.


Tarix: 26.12.2014 / 12:01 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Sevgi şerləri
loading...