beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək (Qəzəl)

İxtiyar sahibidir,nə istəsə,eylər ürək,
Ağlayanla ağlayar,gülən ilə gülər ürək.
***
Arzular qalaq-qalaq,ona çatmaq yolu müşkül,
Arzuya çatmaq üçün min bir arzu dilər ürək.
***
Göz yaşı yanağında görsə əgər bir kimsənin,
Çıxarıb yaylığını onu o dəm silər ürək.
***
Məhəbbət aləmində qismətinə düşən payı
Kədərə mübtəla olanla yarı bölər ürək.
***
Çətinə,dara düşəndə darıxma,şair Mövlud,
Harada olsa yenə köməyinə gələr ürək.


Tarix: 26.12.2014 / 13:03 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Sevgi şerləri