Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Qishi Da Saldim Yola - R.Rovshen

Bu qışı da saldım yola
Bu qar da əridi anam.
Qoşulub əriyən qara
Ağlasam yeridi anam.

Dönüb bəxtin üzü bizdən
...kim qutarar bizi bizdən
Bu dünyada özümüzdən
Dərdimiz diridi anam.

Gün bürüdü dörd bir yanı
Baxtıma doğan gün hanı ?
Saatım yoxsa dünyanın
Vaxtından geridi anam ?!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 32 Bölmə: Sevgi şerləri
loading...