beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarşılıqsız sevgim...

Qarşılıqsız sevgim gözləmə daha
Gözləmək faydasız gəl bunu anla
Anla ki anlayan tapılmaz səni
Onun gözlərini sevmə bir daha

O, bir başqasıyla xoşbəxt olacaq
Səni də yadına heç salmayacaq
Dərd çəkib vüsala yetmədikcə sən
Həyatın gül kimi vaxtsız solacaq

Uzun sözlərimin qısası hər gün
Ümidsiz bir halda gözləmə üzgün
Sən də onun kimi yaşa həyatın
İşıqlı gələcək üzünə gülsün


Tarix: 26.12.2014 / 12:17 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Sevgi şerləri