Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgiye Dustaq

Bir dağdım, yüksəklik mənim sanırdım
Sevgi səmasından xəbərsiz idim.
Bir azad quş idim, pərvazlanırdım
Eşqin qəfəsindən xəbərsiz idim.

İndi eşq xəstəsiyəm çarəsi yoxdur
Dilim hər kəlməmdə səni səsləyir.
Bircə baxışına möhtac olmuşam
Gözüm qeyrisini gormək istəmir.

Ruhum ayrılıbdır cismimdən mənim
Sənin qəlb evinə dustaq olubdur.
Mənim qəlb evimin hər parçasında
Bir tək sənin adın həkk olunubdur.

Sanki lal oluram,yanında sənin
Danışa bilmirəm çaşıb qalıram.
Baxsan gözlərimə başa düşərsən
Sənin varlığınla nəfəs alıram!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi şerləri
loading...