Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalanlı Dünyadan Köçüb Gedirəm.

Gedirəm...

Bu dünya sevgisiz nəyimə gərək,
Sevgisiz bu yerdən çıxıb gedirəm.
Tutaraq əlini, sevgi dilimdən,
Səni çox sevirəm, deyib gedirəm.

Gedirəm...




Sevgimə cavabın yoxmudur sənin,
Bu acı cavabı alıb gedirəm.
Gözlərdə işığım sönməsə belə,
Ürəkdən alışıb, yanıb gedirəm.

Gedirəm.

Sevgi acısını atıb qəlbimə,
Yalanlı dünyadan köçüb gedirəm.
Son dəfə üzünə baxıb, sevgilim!
Sənsiz sabahlara çıxıb gedirəm.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 37 Bölmə: Sevgi şerləri
loading...