beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artiq Seni Unutmuwam

Uydun özgə gülüşlərə,
Ürək dözmür bu işlərə.
Gəlmə daha görüşlərə,
Artıq səni unutmuşam... Ürəyimlə oynayırsan,
Oynamaqdan doymayırsan.
Niyə məni qınayırsan,
Artıq səni unutmuşam... Niyə sevgim hədər oldu,
Az,elə bu qədər oldu.
Sonu qüssə, kədər oldu,
Artıq səni unutmuşam... Gözündə yaş gilə-gilə,
Əlin getmir yaşı silə.
Daha məni tutma dilə,
Artıq səni unutmuşam...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 56 Bölmə: Sevgi şerləri