beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən məndən bir azca inciyən zaman

Elə bil bu dünya üstümə gəlir
Sən məndən bir azca inciyən zaman
İçimdən ucadan ağlamaq gəlir
Sən mənə ayrılaq söyləyən zaman.

Asanca deyirsən ayrılaq nədən?
Bilmirsən ölərəm ayrılsam səndən?
Sevirəm mən səni canımdanda çox
Bu eşqin bənzəri bərabəri yox.

Könlümdə bilirəm yeganə səni
Tək sənsən şad edən dünyadə məni
Yoxdur bu sevgimin əvvəli sonu
Yaşaya bilmərəm sevməsən məni.


Tarix: 25.12.2014 / 16:06 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Sevgi şerləri