Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaytar Məni özümə..

Gizlincə girdin qəlbimə,
Damla-damla, qətrə-qətrə işlədin
Bütün qanıma, canıma,
Hopdun bütün iliyimə, ruhuma.
Məni məndən alıb özünü atdın qəlbimə.
Oğurladın bütün mənliyimi, ürəyimi, ruhumu.
Bütünlüklə sən oldum bütün ruhumla.
Sənlə yaşadım, sənlə oldum.
Qəlbim qəlbin kimi döyündü,
Gözlərim həyata gözlərin kimi baxdı.
Sənin kimi danışdım,
Sənin kimi güldüm,
Sənin kimi ağladım.
Axı mən sən olmuşdum.
İndi damla-damla, qətrə-qətrə
Çıxmaq istəyirsən qəlbimdən.
Əslində sən özün özündən çıxmaq istəyirsən.
Get bir sözüm yox.
Amma məndən aldığın məni qaytar,
Oğurladığın qəlbimi, ruhumu qaytar.
Məndən aldıqlarını aldığın kim qaytar.
Sınmış, parçalanmış, yox olmuş halda yox.
Damla-damala, qətrə-qətrə yox.
Qəfil çıx qəlbimdən.
Əzab vermədən.
Məni mən kimi qaytar özümə...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi şerləri
loading...