Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sene Demeyecem

Dünyanın möhnəti mənim olsa da,
İnadım özümə qənim olsa da,
Sənsiz ömür sürmək ölüm olsa da,
Sənə deməyəcəm, yox, deməyəcəm! Səni ürəyimdə səslədiyimi,
Eşqini qoruyub bəslədiyimi,
Hələ də yolunu gözlədiyimi
Sənə deməyəcəm, yox, deməyəcəm! Qəlbimi buzlara döndərəcəyəm,
İstəyin odunu söndürəcəyəm,
Nəğməni sükuta göndərəcəyəm,
Sənə deməyəcəm, yox, deməyəcəm! Üzümdə təbəssüm, gözlərimdə qəm,
Həmdəmim olacaq kağızla qələm.
Səni sevdiyimi bilsə də aləm
Sənə deməyəcəm, yox, deməyəcəm!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 40 Bölmə: Sevgi şerləri
loading...