Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Neye Deyirsen?

Küləy kimi əsib keçdin bir anda,
Tərk elədin məni dumanda qarda,
Qanadlanib uçub getdin son anda,
Sən qanadsız sevgi nəyə deyirsən?!

Gözlərinə həsrət qoydun zamanla,
Çox yalvardım qoy yaşayım gümanla,
Sonda qoydun məni qoca yalanla,
Sən yalansız sevgi nəyə deyirsən?!

Hər acıya hər kədərə dözmüşəm,
Sən ocaqsan mənsə sönən közmüşəm,
Qəm gölündə çırpınaraq üzmüşəm,
Sən əzabsız sevgi nəyə deyirsən?!

Bu həyata tək səninçün gəlmişəm,
Sevgi nədir səndən sonra bilmişəm,
Mən tək sənə sevdiyimi demişəm,
Sən cavabsız sevgi nəyə deyirsən?!

Sevinc dedin öz sevincimi verdim,
Kədər dedin qəmi çöllərə sərdim,
Ürək dedin sənə qurban can dedim,
Sən dəyərsiz sevgi nəyə deyirsən?!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Sevgi şerləri
loading...