beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen Aglama

Mən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər, gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım gözəlim.

Uğrunda olmuş ikən sərsəri,
Mən öpmədən o qıvırcaq telləri,
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, mən ağlayım gözəlim.

Hanı sənin hər aşiqə, hər gəncə,
Eşq oxuyan qəlbin, sönmüşdür məncə.
Bulmayırsa artıq əyləncə,
Sən ağlama, mən ağlayım gözəlim.

Bir quş idim gecə-gündüz sizlərə,
Yazıq məni güldürmədin bir kərə...
Baxıb indi alnımdakı izlərə,
Sən ağlama, mən ağlayım gözəlim.

Mən baxarkən sən vurduğun yaraya
İndi zalım fələk girdi araya...
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, mən ağlayım gözəlim.

Əhməd Cavad


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi şerləri