beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YOX DEYENDE MEN

Qelbimden asılan bir daş imiş, daş!
Sen "getme" deyende gözlerinde yaş
Dine bilmeyeydim, lal olaydım kaş,
Dilim quruyaydı "yox" deyende men.

Adım yaman oldu, dillere düşdüm,
Derdden havalandım, çöllere düşdüm,
Bilsen sensiz nece günlere düşdüm.
Dilim quruyaydı "yox" deyende men.

Artıq gecikmişem, getdi o qatar.
Daha "he" demeyin ne menası var?
İndi gücüm birce qarğışa çatar:
Dilim quruyaydı "yox" deyende men.

Men indi bilirem neylemeliydim,
"Sensiz ne günüm var?!" söylemeliydim.
Ömrümde birce yol "he" demeliydim,
Dilim quruyaydı "yox deyende men!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 133 Bölmə: Sevgi şerləri