beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BEHANE Imish

Sözünün üstünə söz demədim mən,
Nə dedin baş üstə canım gözümnən,
Bəzən səhv tutmağın düzgün sözümnən,
Məndən ayrılmağa bəhanə imiş...
Vaxt varkən gizlənib gec görüşməyin,
Gah yaxın gah da ki, uzaq düşməyin,
Yersiz küsmələrin, əsəbləşməyin,
Məndən ayrılmağa bəhanə imiş...
Sən ki, güvənirdin hər zaman mənə,
İndi nə dəyişdi nə oldu sənə?
Bütün bu olanlar deyirəm yenə,
Məndən ayrılmağa bəhanə imiş...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 35 Bölmə: Sevgi şerləri