beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Ferqi Var Ayriligin Olumden

Gedəndə demişdin qayidacağam,
Qayit daha, qurtar məni zülümdən.
Bilmirəm ölüyəm, bilmirəm sağam,
Nə fərqi var ayriliğin ölümdən.... Bəlkə birgün dəli olub güləcəm,
Yad gözlərin yaşlarini siləcəm,
Bir axşamda zəhər içib öləcəm,
Daha başqa nə gəlirki əlimdən.
Nə fərqi var ayriliğin ölümdən.... Mən həsrət yüküylə üzən gəmiyəm,
Fələyin oynunun mühakimiyəm,
Özgə limanlarda dustağ kimiyəm,
Ayri düşmüş vətənimdən, elimdən,
Nə fərqi var ayriliğin ölümdən.... Sənsiz yad qollarda üşüyürəm mən,
Hesretin qəm yükün daşiyiram mən,
Bəlkə son günümü yaşayiram mən,
Nolar mənə xəbər deyin gülümdən,
Nə fərqi var ayriliğin ölümdən....


Sehriyar Ibrahimli


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi şerləri