beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ay Vefasiz

Sevərəmmi? səndən ayrı sabahları
Çox viranə qoydun zalım, baharları
Daha getdin... seçdin uzaq diyarları
Mən özgəyə bağlanmazdım sən bağlandın

Yaşadıqca duyacaqsan bu qürbətin
Gecə gündüz çəkdi ürək hər möhnətin
Peşimanım! özün seçən bir qismətin
Yarısında ağlamazdım sən ağladın

Ürək sənsən, qəm köksümdə döyünürsən
Körpə sevdam gündən günə böyüyürsən
Gedən yarım haqqınmı var?! öyünürsən
Mən bu qəlbdə çağlamazdım sən çağladın

Divanədir büründüyün eşq dünyası
Hər nəfəsdə mənim sözüm qəlb havası
Belə sevən ürək görsəm ay vəfasız
Qıyıb inan dağlamazdım sən dağladın


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Sevgi şerləri