beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaman Darixmiwam

Yaman darıxmışam səninçün,
yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək mahalmış,
demə!
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim... Gözüm
üzünə,
Qulağım səsinə darıxmasaydı...
Elə bil hər yerdən üzülüb əlim...
Mən azıb qalmışam qəm
dərəsində.
Dirilib yaşanır sənli günlərim
Sənsiz günlərimin xatirəsində.
Yaman darıxmışam... Bu nədir
yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam... Hər
axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım.
Yuxuma gəlmişdin... Qısıldıq
küncə.
Danışdıq...Yel əsdi... Dağıldı dərd-
qəm.
Kölgəyə dönmüşdüm, Səni
görüncə
Sənin işığında yox oldu kölgəm


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Sevgi şerləri