Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxwilari Tap

SEVGI SERLERI!!!!!!!!!!!!!!!!! Tanıt
Çərşənbə, 16. Sentyabr 2009 Tarix 10:10.
Dəyişdi Bazar, 01. May 2011 Tarix 23:36.Yaxşıları tap

Dünyanın enişi,yoxuşları var,

Hər kəsin öz zövqu,baxışları var.

İnsanın pisi var ,yaxşıları var.

Axtar bu dünyada yaxşıları tap.

Bos yerə heç kimlə sən girmə bəhsə,

Sirrini söyləmə hər namərd kəsə,

Mərd yıxar bağışlar,namərdlər kəsər,

Axtar bu dünyada yaxşıları tap.

Əsl dost dar gündə tanına bilər,

Dərdə şərik olar,dərdini bölər,

O,sənin yolunda lap ölə bilər,

Axtar bu dünyada yaxşıları tap.

Bu dünya çəkməsin qoy səni dara,

Qəlbinə dəyməsin nə dərd,nə yara,

Pislərə toxunma,yaxşını ara,

Axtar bu dünyada yaxşıları tap.

Pisə pis deyiblər,yaxşıya yaxşı,

Pisdən pislik qalar,yaxşının naxşı,

Yaxşını qoruyar bir el alqışı,

Axtar bu dünyada yaxşıları tap.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Sevgi şerləri
loading...