beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biri Varidi Biri Yox

Olan olub keçən keçib bəlkə də
İndi daha kövrəlməyin yeri yox
Ömrüm boyu belə gəlib menimki
Əvvəlindən biri vardı, biri yox

Uzağdaydı mən istəyən ocağlar
Ürəyimdın gəlib keçti sazağlar
Atalıydı, analıydı uşağlar
Bizim evdə biri vardi, biri yox

Gözlərimə doldurmusam yagışı
Bir köynəkdə çıxarmışam mən qışı
Şalvar-pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı biri yox

Qəlbim yandı ilk sevgimdən əsgimdən
Dara düşdüm əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı biri yox

Üzüm güldü tələbəyəm deyəndə
Sıxılırdım dost pencəyi geyəndə
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox

Mən orduya nələr görüb getmişdim
Ürək alıb ürək qırıb getmişdim
Iki qıza könül verib getmişdim
Qayıdanda biri vardı biri yox

Uzağ gəzdi əmi, dayı, bibilər
Söz arası mənə evlən dedilər
Nişan üçün iki şey istədilər
Məndə isə biri vardı biri yox

Vaxt gələcək bu günü görəcəksən
Çox suala gözünü döyəcəksən
Vaxt gələcək sən özün deyəcəksən
Deyəcəksən, biri vardı, biri yox...
__________________
HƏR SÖZÜMDƏ BİR HƏQİQƏT


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi şerləri