Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unutmağa Kimsə Olmayanda özünü Unudur Adam

Unutmağa kimsə olmayanda özünü unudur adam,
səsini,
sözünü unudur.
Güzgüdəki görüntünü,
baxışını,
yerişini,
əslində əzbər bildiyi
telefon nömrəsini,
köhnə sevgi,
yeni ayrılıq mesajlarını,
cibindəki sonuncu manatı,
səhərlər işə yollananda yolda gördüyü üzü yanıq dilənçini,
lap elə keçdiyi küçəni,
işə gedən yolu,
sağı,
solu,
hamını,
hər şeyi,
hər yeri.

Sonra da “unutmaq gözəl hissdir” deyə düşünür
və zəhləsi gedir unutmaqdan…


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 40 Bölmə: Sevgi şerləri
loading...