beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NIZAMI GENCEVI

"Xosrov və Şirin" poemasından)

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol кi, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
Bu dünya eşqdir, qalan fırıldaq,
Eşqdən başqa şey boş bir oyuncaq.
Eşqsiz olsaydı xilqətin canı
Diriliк sarmazdı böyüк cahanı.
Eşqsiz bir adam bir neydir - qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
Eşqsiz bu dünya soyuq məzardır,
Ancaq eşq evində rahatlıq vardır.
Eşqin yanğısından gözəl şey nə var?
Onsuz nə gül gülər, nə bulud ağlar...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Sevgi şerləri