beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömür Kitabım...

Ömür kitabımı istədin məndən,
İlk öncə etibar etmədim sənə.
Əmin deyiləmsə heç düşünmədən,
Axı onu necə verərdim sənə?


Dedim ki,"bağışla,incimə məndən,
Axı əmin deyil ürəyim sənə.
Etibar etməsəm sənə ürəkdən,
Onu heç bir zaman vermərəm sənə".


-"Səni sona qədər sevəcəyimə,
Dedin əmin deyil qəlbin deyirsən.
Bir zaman unudub gedəcəyimə,
Məgər bütünlüklə belə əminsən?


Ömür kitabında yazacaqlarım,
Sənə sonsuz sevgim,məhəbbətimdir.
O kitabdan mənim pozacaqlarım,
Sənin boşa çıxan ümüdlərindir".


"İnandim"-dedim baxaraq gözlərinə,
O an əmin oldum xoş niyyətinə.
Səni əminliklə yazıb qəlbimə,
Ömür kitabımı verirəm sənə.

Hər kəs öz ömür kitabındakı ən maraqlı bir cümləni yazsın.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri