beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tale Payı

Tanrı hər bəndəyə tale yazanda,
Birinə qəm yazar,tükənməz kədər.
Kimi həyatıyla razılaşanda,
Kiminə məhəbbət,əlçatmaz qədər.

Mənim də taleyim tanrı əlində,
Bir cızma-qaradır yəqin elədim.
Yazmaqçün ömrümü,qələm əlimdə,
Nədən başlayacam fikir elədim.

Sevdim, evezində sevildim də mən,
Sevgidən Leyliyə çevrildim də mən.
Qovuşduq...bir elə dəyişdimmi mən?
Nə tez söndü eşqim heyrət elədim.

Ayırd eləməkçün öz xəyalımda,
Canlanır illərim göz qabağımda.
Bir istilik duydum sağ yanağımda,
Taleyin payına nifrət elədim.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Sevgi şerləri