beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bagiwla

Bizi qorxutmasın qoy olan işlər.
Nə deyir qoy desin tanış bilişlər.
Telefon zəngləri gizli görüşlər
Ömrümdən illəri aldı bağışla.
Bu da bir səhf idi oldu bağışla.

Gec də olsa artıq ayrılaq dedim.
Daha mənası yox qoy çıxım gedim.
Mənə üzür istəmək qaldı, istədim.
Sənə bağışlamaq qaldı, bağışla.
Bu da bir səhf idi, oldu, bağışla.

Kaş ki, öz qismətim əlimdə olsa
Ayrılıq çətin də, zülümdə olsa
Bu yolun axırı ölüm də olsa
Bu yol mənim seçdiyim yoldu bağışla.
Bu da bir səhf idi oldu bağışla.

Səninlə sonuncu görüşüm olanda
Ağladın boynuma sən sarılanda
Kişilər ağlamaz biz ayrılanda
Yaşardı gözlərim, doldu, bağışla.
Bu da bir səhv idi, oldu bağışla.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi şerləri