beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Durnani Vurdular

“Bir durnanı vurdular…
Ölümə doğru uçdu çölün vəfalı quşu”,
Ona ölüm gətirdi bu sonuncu uçuşu.
İsti-isti bilmədi köksündəki ağrını...
Qanadıyla sığadı o dəlinən bağrını.
Fəryadına baş alıb köç eylədi neçəsi...
Amansızın əlində qurğuşun bitmədikcə
Hələ çox zavallılar bu yerlərdən köçəsi!
Bir güllə bir ürəyi al-qan etdi, dağladı,
Neçə ürək ağladı...
Vurulan səmalarda öz qanına bulandı,
Vuranlar hay-harayla yerdə büsat qurdular.
Dünyadan nə getdi ki? - Bir durnanı vurdular...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 166 Bölmə: Sevgi şerləri