beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YAZMA....

Düşüb əllərimə yalvarır qələm!
Yazma!
Zülmət gecələrdə həmdəmmi oldu?
Soyuq küçələrdə bir ovuc işıq,
Sənə ümüd dolu bir addım atan
Gələnmi oldu?
Yazma!
Baharın günəşli sabahını da
Ömründə günündə sevinc dediyin
Gülüşün sevginin qalanını da
Aparmadımı?
Sənə öz dünyanda divan eyləyən
Sevdanı ömründən qoparmadımı?
Yazma!
Sözlərin qanına batmasın əlin
Nitqində nə qədər söz varsa unut
Ömrünün sonuncu vərəqini cır
Aman bir yerlərdə çatmasın əlin
Dəli duyğulara
İtən arzulara
Yazma!
Düşüb əllərimə yalvarır qələm!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Sevgi şerləri