beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ehd Elemezler.

Əhd…

Görüşdük gecənin qaranlığında,
Ay özü gizləndi qara buludda.
Bizsə məhəbbətin aydınlığında,
Sevib-sevilirdik bu xoş saatda!

Saçların sinəmə dağıldı, gülüm,
Ətrin ürəyimi məst eləmişdi.
Bu gecə-bir şirin nağıldı, gülüm,
Bütün həyatıma bəs eləmişdi!

Köksümə qısılıb, baxdın üzümə,
Gözlərin saf idi ürəyin kimi!
Başımı söykədim sənin dizinə
Qovdum ürəyimdən əzabı-qəmi!

“Ömrün yollarında ayrılmayaq biz!”
Əhdimiz bu oldu, gülüm, o gecə.
Salxım söyüd altda qaldı izimiz,
Ürək xoş xəyala daldı o gecə!

İl ötdü, dəyişdi rəngini rüzgar,
Fəsillər hicranı dərd eləməzlər.
Səni dönük görüb danışdı çinar:
“Söyüdün altında əhd eləməzlər!”


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Sevgi şerləri